Çad ordusu Fransadan üzr istədi

Çad ordusu, Fransız əsgərlərini icazəsiz kəşfiyyat apardıqları iddiası ilə saxladıqları üçün Fransadan üzr istəyib.

Telexeber.az xəbər verir ki, müdafiə naziri Davud Yaya mətbuat konfransında baş verənləri “xoşagəlməz hadisə” kimi qiymətləndirib. Yaya, “Barkhane” əməliyyatı çərçivəsində Adre şəhərində icazəli şəkildə olan fransız əsgərlərinin başına gələnlərdən təəssüfləndiklərini bildirib. O, Fransız əsgərlərini saxlayan Çad əsgərinin cəzalandırıldığını ifadə edib.

Fransa ordusunun sözçüsü Pierre Gaudilliere də əsgərlərin Çadın şərqindəki Abeche bölgəsində quru kəşfiyyatı zamanı saxlanıldığını ifadə edib. Gaudilliere, fransız əsgərlərinin missiya üçün Çadın hərbi və mülki orqanlarından icazə aldığını, əsgərlərin patrul tərəfindən saxlanılaraq sənədlərinin yoxlanıldığını bildirib.
Популярный ролик