Fransız saytı təəccübləndi: Erməni təbliğatını susdurmağın unikal imkanı

Fransız saytı təəccübləndi: Erməni təbliğatını susdurmağın unikal imkanıFransız "Caucase de France" saytı Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş Petisiyaya səsvermədə azərbaycanlıların kütləvi iştirakını təəccübünü qeyd edib.

Telexeber.az xəbər verir ki, "Caucase de France" yazır ki, "Mesopinions.com" saytında Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyanın dərc olunmasından on üç gün keçsə də, artıq 31 mindən çox insan ona səs verib. Qeyd olunur ki, bu petisiyanın altında şərhlərin sayı 3300-dən artıqdır. Müqayisə üçün bildirək ki, Dağlıq Qarabağdakı erməni xristian ziyarətgahlarının mühafizəsi üçün 2020-ci ilin noyabr ayında həmin fransız saytında yerləşdirilən petisiya o vaxtdan bu günə kimi cəmi 1060 səs və 143 şərh alıb.


"Caucase de France"ın məlumatına görə, Fransa Senatına müraciətin yer aldığı petisiya Azərbaycanın müxtəlif şəhərlərinin on sakini tərəfindən imzalanıb.

Nə qədər çox azərbaycanlı petisiyaya dəstək olmaq üçün səsvermədə iştirak edərsə, fransız və digər Avropa ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən, nəhayət ki, Fransanın birtərəfli, ermənipərəst mövqeyi ilə bağlı bizim fikrimizin eşidilmək ehtimalı bir o qədər də artıra bilərik. Bu, Avropadakı erməni təbliğatını susdurmaq üçün unikal şansdır!
Популярный ролик