Sudanda üsyançılar polis qərargahını ələ keçirdi

Sudanda üsyançı Çevik Dəstək Qüvvələri 3 gün davam edən qarşıdurmalardan sonra Xartumun cənubunda polisə aid olan Mərkəzi Ehtiyat Qüvvələr Komandanlığının qərargahını nəzarətə götürüb.

Telexeber.az xəbər verir ki, bu barədə ordudan açıqlama verilib. Bildirilib ki, Çevik Dəstək Qüvvələri çox sayda silah və sursat da ələ keçirib.

"Bütün dünyada polis obyektləri hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan xidmət obyektləridir. Polis qərargahını ələ keçirmək qələbə deyil. Bu qınama tələb edən pozuntudur” – açıqlama deyilir.

Qeyd edək ki, Sudan Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, münaqişə nəticəsində 3000-dən çox insan ölüb, on minlərlə insan yaralanıb, 2,5 milyondan çox insan evlərini tərk edib.
Популярный ролик