Aylar əvvəl çəkilən filmin ssenarisi gerçək oldu - FOTOLAR

Fransada yeniyetmənin ölümündən sonra başlayan etirazlar davam edərkən, hadisələrin aylar əvvəl yayımlanan bir filmin ssenarisi ilə oxşarlığı diqqət çəkib.

Telexeber.az xəbər verir ki, "Athena" adlı film bir gəncin polis tərəfindən öldürülməsindən sonra iğtişaşların başlamasından bəhs edir. Filmin ssenarisi əlcəzairli gəncin Fransız polisi tərəfindən öldürülməsi və ardınca ölkədə başlayan xaos üzərində qurulub. Filmin ssenarisi ilə Fransadakı etirazların oxşarlığı sosial mediada müzakirələrə səbəb olub.


Qeyd edək ki, Fransa polisi 17 yaşlı əlcəzairəsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb. Etiraz aksiyalarında minlərlə aksiya iştirakçısı saxlanılıb.
Популярный ролик