Blinken devrilmiş prezidentlə danışdı

ABŞ-ın dövlət katibi Antoni Blinkenlə Nigerin devrilmiş Prezidenti Məhəmməd Bazum arasında telefon danışığı olub.

Telexeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib. Bildirilib ki, tərəflər Nigerdəki çevrilişi müzakirə edib. Blinken, ABŞ-ın konstitusiya quruluşunu pozmağa yönəlmiş hərəkətləri rədd etdiyini ifadə edərək, Bazum və Niger demokratiyasına sarsılmaz dəstəyini ifadə edib. ABŞ-ın qanunun aliliyini dəstəklədiyini vurğulayan Blinken, Niger xalqının Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin, Afrika İttifaqının və beynəlxalq tərəfdaşlarının yanında olduğunu bildirib.
Популярный ролик