Yəməndə general terror aktı nəticəsində öldürülüb
Facebook
Вконтакте
Одноклассники
Google+
Yəmən ordusunun briqada generalı Əbdül Lətif əl-Seyid "Əl-Qaidə" terror təşkilatı üzvlərinin silahlı hücumu nəticəsində öldürülüb.
Telexeber.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, generalı müşayiət edən şəxslər də öldürülüb. Hadisə nəticəsində öldürülənlərin dəqiq sayı barədə məlumat verilməyib.
Qeyd olunub ki, Yəmənin cənubunda generalın avtomobil karvanı silahlı terrorçular tərəfindən partladılıb. Qətlə yetirilən general Əl-Seyid ölkənin cənubunda yerləşən Abyan əyalətinin təhlükəsizliyin təmin edilməsinə cavabdeh idi.