Ebero yenə püskürdü
Facebook
Вконтакте
Одноклассники
Google+

Kuril adalarında Ebeko vulkanı 3,5 kilometr hündürlüyə kül püskürüb.
Telexeber.az xarici mediyaya istinadən xəbər verir ki, vulkan püskürməsi avqustun 11-də səhər saatlarında qeydə alınıb. Kül şleyfi cənub-şərq istiqamətində 10 kilometr məsafəyə yayılıb. Püskürmə nəticəsində havada hidrogen sulfid qoxusu hiss olunmayıb.
Qeyd edək ki, hündürlüyü 1156 metr olan Ebeko vulkanı Paramuşir adasında , Vernadski silsiləsinin şimal hissəsində yerləşir. 20 oktyabr 2016-cı il tarixindən müntəzəm olaraq kül püskürən vulkan üçün bu normal fəaliyət sayılır.