Nigerdə devrilmiş prezident "dar ağacına çəkilir"
Facebook
Вконтакте
Одноклассники
Google+
Qərbi Afrika ölkəsi Nigerdə hakimiyyəti ələ keçirən hərbi xunta, seçilmiş prezident Məhəmməd Bazumu “vətənə xəyanət” və “ölkənin təhlükəsizliyini təhlükə altına almaq” ittihamları ilə mühakimə etmək istədiyini açıqlayıb.
Telexeber.az xəbər verir ki, “Vətəni Müdafiə Milli Şurası”nın sözçüsü Amadou Abdurahmane tərəfindən oxunan bəyanatda Bazumun "dövlətə xəyanət" və "ölkənin təhlükəsizliyini təhlükə altına almaq" ittihamları ilə mühakimə olunmasının istəndiyi qeyd edilib.
“Niger hökuməti devrilmiş prezidentin, yerli və xarici cinayət ortaqlarının “dövlətə xəyanət” və “daxili və xarici təhlükəsizliyə təhlükə törədən” cinayətlərinə görə milli və beynəlxalq orqanlar qarşısında mühakimə olunması üçün lazımi sübutları toplayıb”, - deyə məlumatda bildirilir.