Nauseda Gürcüstanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırdı

Gürcüstan üçün geosiyasi kursunu Aİ-nin xarici siyasət prioritetləri və Rusiyaya qarşı sanksiyalar siyasətini ardıcıl dəstəkləməsi vacibdir.

Telexeber.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda deyib.


O, Litvaya səfər edən Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Dövlət başçıları Avropaya inteqrasiya perspektivlərini, Avropa Komissiyasının islahatlarının və tövsiyələrinin həyata keçirilməsinin gedişini, regionda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Litva lideri deyib ki, Gürcüstanın Aİ-yə namizəd ölkə statusu alması üçün islahatların aparılmasında və Aİ-nin tövsiyələrinin yerinə yetirilməsində, xüsusən cəmiyyətin siyasi depolarizasiyası, məhkəmə islahatları, deoliqarxizasiya, KİV azadlığı kimi məsələlərdə irəliləyiş nümayiş etdirmək lazımdır.
Популярный ролик