ABŞ Senatı Konqresdə kişilər üçün rəsmi geyim qaydasını qəbul etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Senatı Pensilvaniya senatoru Con Fettermanın keçən həftə Konqresə gündəlik geyimdə gəlməsindən sonra “geyim kodu”nu rəsmiləşdirən qətnaməni yekdilliklə qəbul edib.
Telexeber.az xəbər verir ki, müvafiq qanun layihəsi Senata Qərbi Virciniyadan demokrat senator Co Mançin və Yuta ştatından respublikaçı senator Mitt Romni tərəfindən təqdim edilib.
Yekdilliklə qəbul edilən yeni qətnamə Senat üzvlərinin palataya gələrkən iş geyimi kimi pencək, qalstuk və şalvar geyinmələrini tələb edir.
Senat çoxluğunun lideri, “Bizim heç vaxt rəsmi geyim kodumuz olmasa da, ötən həftə baş verən hadisələr hamımıza elə hiss etdirdi ki, sanki formallıq getməli olduğumuz yoldur”, - deyə bildirib.
Qeyd edək ki, Pensilvaniya ştatının demokrat senatoru Con Fettermanın keçən həftə bir neçə dəfə Senata gündəlik paltarla gəlməsi tənqidlərə səbəb olmuşdu.