Zelenski Putinin yuxusunu belə ərşə çəkdi - "An məsələsidir"

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Avropa İttifaqının xarici işlər nazirlərinin toplantısından sonra açıqlama verib.

Telexeber.az xəbər verir ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinə meydan oxuyaraq "Ukraynanın Avropa İttifaqına üzv olması an məsələsidir” deyə bildirib. Onun sözlərinə görə, əslində toplantı Avropa Birliyində həyata keçirilib.

Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının paytaxt Kiyevdə toplaşdığını vurğulayan Zelenski deyib:

"Bu Şura Avropa İttifaqının hüdudlarından kənarda ilk dəfədir ki, belə formatda toplanır. Ukraynanın Avropa İttifaqında üzv olması an məsələsidir. Ona görə də görüş faktiki olaraq Avropa İttifaqında baş tutub. Obyektiv desək, ölkəmiz Avropa birliyinin əsaslandığı təməllərin qorunmasında liderdir. İnsan azadlığına və millətlərin bərabərliyinə dəyər verən müasir Avropanın birliyi beynəlxalq hüququ da yüksək qiymətləndirir”.
Популярный ролик