Peter Siyarto: “Aİ sərhəd təhlükəsizliyi və miqrasiyanı yanlış olaraq insan hüquqları kimi təsnif edir”

Avropa İttifaqı öz sərhədlərini qorumaqda və miqrasiya problemlərinə milli təhlükəsizlikdən daha çox insan haqları məsələsi kimi yanaşaraq onları həll etməkdə səhv edir.

Telexeber.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

O vurğulayıb ki, Macarıstan hökuməti sərhədlərə ciddi nəzarətin tərəfdarıdır və onların pozulmasını cinayət hesab edir:

“Avropa Birliyinin miqrasiya siyasəti mahiyyətcə Avropaya miqrasiyanı təşviq edir və insan qaçaqmalçılarının biznes modelini gücləndirir. Təəssüf ki, Aİ-nin miqrasiya siyasətinə görə, sərhəd təhlükəsizliyi təhlükəsizlik məsələsi deyil, insan haqları məsələsidir”.

Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, qanunsuz miqrasiya ilə terror bir-birini qidalandırır və digər dövlətlər üçün təhlükə yaradır, çünki terrorçular onların ərazisinə miqrantlarla yanaşı daxil olurlar.

Macarıstan hesab edir ki, miqrantlar giriş ərizələrinə baxılana qədər Aİ-nin xarici sərhədlərini keçməməlidirlər.
Популярный ролик