NATO ölkələri Qara dənizi minalardan təmizləmək üçün bölmə yaradacaq
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizin ərazi sularını minalardan təmizləmək üçün birgə bölmə yaratmağa hazırlaşır.
Telexeber.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri üç mənbəyə istinadən yazıb.
Qeyd olunub ki, üç ölkənin müdafiə nazirlərinin müavinləri noyabrın 22-də Ankarada bölmənin yaradılmasının təfərrüatlarını yekunlaşdırmağa çalışacaqlar. Lakin görüşün yekunlarına dair yekun razılaşmanın imzalanıb-imzalanmayacağı hələlik məlum deyil.
Layihə təsdiq olunarsa, bölmə bir aydan gec olmayaraq işə başlayacaq. Nəşr onu da iddia edib ki, üç NATO ölkəsi suların minalardan təmizlənməsinə Alyansa üzv olan digər dövlətləri də cəlb etmək niyyətində deyil.