Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu - FOTOLAR

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.



Telexeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub.

Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.

Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.


Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Популярный ролик