Qırğızıstan bayrağı dəyişir - Parlament qərar ver
Facebook
Вконтакте
Одноклассники
Google+
Qırğızıstan bayrağında dəyişiklikləri nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilərək qanuna çevrilib.
Telexeber.az xəbər verir ki, Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi Baş Assambleyanın səsverməsinə çıxarılıb. Parlament sədri Şakiyev və deputat Ulan Primov tərəfindən Qırğızıstan bayrağının təkmilləşdirilməsi ilə bağlı hazırlanan qanun layihəsi 90 yerlik parlamentdə səsvermədə iştirak edən 64 deputatdan 59-nun lehinə səsi ilə qanuna çevrilib. 5 deputat isə qanunun əleyhinə çıxıb. Qanun layihəsində ölkə bayrağındakı dalğavari günəş şüalarının düzləndirilməsi və ortadakı motivdəki sətirlərin sayının 3-dən 4-ə çatdırılması təklifi yer alıb. Qırğızıstan Prezidenti Sadir Caparov 2-ci Xalq Qurultayında ölkə bayrağında dəyişiklik edilməsini i
stədiyini bildirib. Çaparovun təsdiq etməsindən sonra qanun Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minəcək.