Türkiyədə qızıl mədəni çöküb, torpaq altında qalanlar var
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi baş verib.
Telexeber.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Bildirilib ki, hadisə zamanı mədəndə olan 667 işçidən doqquzu itkin düşüb. Onların torpaq altında qaldığı ehtimal edilir. Ərazidə aparılan axtarış-xilasetmə işlərinə 400 nəfərlik işçi qüvvəsi və 40-dan artıq texnika cəlb edilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.