Hindistan yeni nəsil hava peykini orbitə çıxardı
Facebook
Вконтакте
Одноклассники
Google+
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.
Telexeber.az xəbər verir ki, bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb.
2274 kiloqram çəkisi olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək.
Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.