Rusiya Odessaya hücum etdi - 12 nəfər öldü
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.
Telexeber.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri xüsusən gecə və sutkanın erkən saatlarında Ukraynanın yaşayış məntəqələrini, o cümlədən kritik mülki infrastrukturunu mütəmadi atəşə tutur. Sözügedən hücumlar əsasən İran istehsalı “Şahid” dronları ilə həyata keçirilir.