Fransanın baş naziri istefa verəcək

Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.

Telexeber.az xəbər verir ki, o, bu barədə növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin dərcindən sonra bildirib.
“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm", - deyə o bildirib.

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.
Популярный ролик