Gürcüstan əhalisinin 0,28 faizi həbsxanadadır


Gürcüstan həbsxanalarında məhbusların sayında yenidən antirekord qeydə alınıb. Cari il iyulun 1-nə olan məlumata görə, həbsxanalarda 10 367 məhbus var, bu da ölkə əhalisinin 0,28 faizini təşkil edir.

Telexeber.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hazırda həbsxanalarda olan məhbusları sayı 2014-cü ilin göstəricilərindən cəmi 5 nəfər azdır. Məhbusların 4100 nəfəri ikinci və daha çox məhbəs həyatı yaşayanlardır.

2011-ci ildə ölkə həbsxanalarında 24 114 məhbus olub. 2012-ci ildə elan olunmuş amnistiyadan sonra həbsxanalardakı məhbusların sayı 9093 nəfərə qədər azalıb. 2014-cü ildə isə həbsxanalarda olan məhbusların sayı 10372 nəfər olub. Amma sonrakı illərdə bu rəqəm 9800 nəfərdən çox olmayıb.
Популярный ролик