"Türkiyə qoşunlarını Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır" - Lavrov
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyə tərəfi qoşunlarını Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır, lakin hələlik bu prosesin konkret parametrləri ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Türklər buna hazırdır, lakin hələlik konkret parametrlər razılaşdırılmayıb. Söhbət qaçqınların geri qaytarılmasından, Türkiyə hərbçilərinin mövcudluğunu lüzumsuz edəcək terror təhlükəsinin qarşısının alınması üçün zəruri tədbirlərdən gedir”, - deyə o qeyd edib.
O, izah edib ki, Suriya hökumətinin fikrincə, İstanbulla münasibətləri normallaşdırmaq üçün Türkiyə kontingentinin Suriyadan yekun olaraq çıxarılması prosedurunu dəqiq müəyyənləşdirmək lazımdır.
Nazir əlavə edib ki, Rusiya, Türkiyə, Suriya və İran yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün növbəti görüş keçirəcək.