Şimali Koreya partlayışlara hazırlaşır - Seuldan iddia
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreya Cənubi Koreya ilə arasında istifadə olunmayan yolları partlatmağa hazırlaşır.
Telexeber.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargahı məlumat yayıb. Qərargahın sözçüsü Li Sung Cun mətbuat konfransında bildirib ki, Şimali Koreya ölkənin şimalında istifadə olunmayan “koreyalararası” yollarda monitorlar quraşdırıb. Onun sözlərinə görə, Şimali Koreya yollarda partlayış həyata keçirməyə hazırlaşdığını göstərən işlər görür. Li Şimali Koreyanın kosmik raket buraxılış sınağı keçirə biləcəyini də bəyan edib.
O, qeyd edib ki, Pxenyan administrasiyası Seul administrasiyasına təzyiqləri artırmaq üçün kiçik təxribatlara əl ata bilər.