Papa Fransisk bütün cəbhələrdə atəşkəs çağırışı etdi

Katoliklərin dini lideri Papa Fransisk Yaxın Şərqdəki və Ukraynadakı müharibərlə bağlı açıqlama verib.

Telexeber.az xəbər verir ki, o bütün cəbhələrdə atəşkəs çağırışı edib. Papa Fransisk Yaxın Şərqdə baş verənləri narahatlıqla izlədiyini bildirib. İsrailin Qəzza və Livandakı hücumlarına və BMT-nin Livan Müvəqqəti Sülh Qüvvələrinin əsgərlərinə atəş açmasına toxunan Papa bildirib ki, sülhün təmin edilməsi üçün diplomatiya və dialoqa riayət edilməlidir. Papa Fransisk, "Fələstin, İsrail və Livandakı bütün xalqların yanında olduğumu bildirirəm və burada BMT-nin sülhməramlı qüvvələrinə hörmət tələb edirəm. Bütün qurbanlar, köçkünlər və girovlar üçün dua edirəm” deyə bildirib.
Популярный ролик