“McDonalds”ın qlobal satışları azaldı

ABŞ-ın restoranlar şəbəkəsi “McDonalds”ın qlobal satışları bu ilin üçüncü rübündə 1,5 faiz azalıb.

Telexeber.az xəbər verir ki, restoranın qlobal satışları ardıcıl ikinci rübdür azalır. Şirkətin açıqlamasına görə, sözügedən dövrdə restoranlar şəbəkəsinin ABŞ satışları 0,3 faiz artarkən, Beynəlxalq Əməliyyat Bazarları seqmenti üzrə satışları 2,1 faiz, Beynəlxalq Lisenziyalı Bazarlar seqmenti üzrə satışları 3,5 faiz azalıb. Hesabata görə, azalmanın səbəbləri Yaxın Şərqdəki müharibələr və Çindəki faktorlardır. Bununla belə, Latın Amerikasında satışların artması digər bölgələrdəki azalmanı kompensasiya edib. “McDonalds” Fransa və Böyük Britaniyada satışlarının azaldığını açıqlayıb.

Şirkətin xalis mənfəəti üçüncü rübdə 3 faiz azalaraq 2,26 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2,32 milyard dollar mənfəət əldə edib.
Популярный ролик