Tramp seçkidə uduzsa, nə edəcək? - AÇIQLAMA

Donald Tramp seçkilərin ədalətli keçirilməsi halında, uduzsa belə, nəticələri qəbul edəcək ilk şəxs olacaq.

Telexeber.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının prezidentliyə namizədi olan Tramp Florida ştatının Uest Palm Biç şəhərində səsvermədən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Seçkilərin nəticələrindən sonra tərəfdarlarına zorakılıqdan çəkinmək çağırışı edib-etməyəcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, heç kəsə heç nə deməyəcək, çünki heç bir zorakılıq olmayacaq:

“Məni dəstəkləyənlər zorakı insanlar deyil. Biz böyük ölkəyik, lakin ölkəmiz hazırda çətinliklərlə üz-üzədir və biz bu problemləri həll etməliyik”.
Популярный ролик