Pentaqon rəhbəri Suriyadakı hadisələrə reaksiya verdi
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Suriyadakı hadisələrlə bağlı diqqətçəkən açıqlamalar verib.
Telexeber.az xəbər verir ki, o Əsədin devrilməsindən sonra ABŞ əsgərlərinin bölgədən çəkilməyəcəyini ifadə edib. Ostinin sözlərinə görə, prioritetləri bölgədəki ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etməkdir. Pentaqon rəhbəri ABŞ-nin PKK/YPG qruplaşması ilə bağlı mövqeyindən də danışıb. Ostin bildirib ki, ABŞ PKK/YPG ilə əməkdaşlığı davam etdirəcək. Pentaqon rəhbərinin sözlərinə görə, Vaşinqtonun PKK/YPG ilə yaxşı münasibəti var və bu, belə də qalacaq. Bölgədəki tərəfdaşlarla yaxın təmasda olduqlarını bildirən Ostin, hadisələrlə bağlı onlarla müzakirələr aparılacağını qeyd edib.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Suriyadakı hadisələrə müdaxilə etməyəcəklərini irəli sürüb. O bildirib ki, Suriya öz məsələsini özü həll etməlidir.