Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində 4,7 bal gücündə zəlzələ baş verib.

Telexeber.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib.

Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyində yerləşib.

Qeyd edək ki, ötən gün də Egeydə 4 bal gücündə zəlzələ olmuşdu.
Популярный ролик