Tbilisidə etiraz aksiyası keçirilir
Facebook
Вконтакте
Одноклассники
Google+

Gürcüstanda aksiya iştirakçiları yenidən fəallaşıb.
Telexeber.az xəbər verir ki, "Tbilisi Mall" ticarət mərkəzinin girişində toplaşan etirazçılar yol boyu yürüş keçirməyə qərar veriblər.
Onların arasında müxalifət nümayəndələri də daxil olmaqla, bir neçə yüz nəfər var.
Ticarət mərkəzinin yaxınlığında polis qüvvələri cəmləşdirilib. Etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb. Ara-sıra hökumət əleyhinə şüarlar səsləndirilir.