Avropa ölkələri Trampın Qəzza ilə bağlı planını tənqid etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Qəzzanın gələcəyi üçüncü dövlətin deyil, Fələstin dövlətinin nəzarəti altında olmalıdır.
Telexeber.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi belə bəyanat verib. Bəyanatda deyilir ki, Qəzza xalqının məcburi köçürülməsi beynəlxalq hüququn pozulmasıdır. Bəyanatda Qəzzalıların məcburi köçürülməsinin iki dövlətli həll yoluna ciddi əngəl olacağı və bütün bölgədə sabitliyi pozacağı, iki dövlətli həllin Fələstin və İsraillilər üçün sülhü təmin edə biləcək yeganə həll yolu olduğu vurğulanıb. Polşa xarici işlər nazirinin müavini Andrzej Szejna da bəyan edib ki, Fələstinlə bağlı fələstinlilər olmadan heç bir qərar verilə bilməz. ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında yaşayan fələstinliləri zorla qonşu ərəb ölkələrinə göndərilməsi ideyasına gəlincə, Szejna Polşanın buna qarşı olduğunu ifadə edib.
Qeyd edək ki, Donald Tramp ABŞ-nin Qəzzada nəzarəti ələ keçirə biləcəyini və lazım gələrsə, təhlükəsizlik məqsədilə ABŞ əsgərlərinin oraya yerləşdirilə biləcəyini bəyan edib.