Tramp Qəzza ilə bağlı geri addım atdı
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Tramp etirazlardan sonra Qəzza ilə bağlı planının bəzi bəndlərini geri çəkib.
Telexeber.az xəbər verir ki, Trampın planı ABŞ-nin iki dövlətli həlli dəstəkləmək kimi illərdir davam edən siyasətini pozaraq, beynəlxalq qınaqlara səbəb olub. Məlumata görə, Trampın bəzi yüksək səviyyəli köməkçiləri etirazlardan sonra Qəzzaya nəzarəti ələ keçirmək və fələstinliləri müharibədən zərər çəkmiş bölgədən həmişəlik qovmaq təklifinin bəzi hissələrini yumşaltmağa çalışıblar.
Qeyd edək ki, Donald Tramp ABŞ-nin Qəzzada nəzarəti ələ keçirə biləcəyini və lazım gələrsə, təhlükəsizlik məqsədilə ABŞ əsgərlərinin oraya yerləşdirilə biləcəyini bəyan edib. Tramp Qəzzadakı fələstinlilərin qonşu ölkələrə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə köçməsini irəli sürüb. Trampın planı ərəb, Avropa və dünya ölkələri tərəfindən etirazla qarşılanıb. ABŞ-də də Trampın planı qınanıb.