Rusiya NATO-nun Şərqi Avropadan çıxarılmasını tələb etməyib - Peskov
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiya Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı NATO qoşunlarının Şərqi Avropadan çıxarılması tələbini irəli sürməyib.
Telexeber.az xəbər verib ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, iddiaların həqiqətə uyğun olmadığını ifadə edib.
Qeyd edək ki, Rumıniya Prezidentinin müdafiə və milli təhlükəsizlik üzrə müşaviri Kristian Diakonesku Rusiya tərəfinin Səudiyyə Ərəbistanında danışıqlar zamanı bu məsələni qaldırdığını bəyan etmişdi.