"Ukraynanın Aİ və NATO-ya üzvlüyü üçün müharibənin bitməsi əsas şərtdir" - Merts

Almaniyanın gələcək kansleri Fridrix Merts Ukraynanın hələ Rusiya ilə müharibə şəraitində olduğu müddətdə Avropa İttifaqına və NATO-ya üzv olmasına qarşı çıxır.

Telexeber.az xəbər verir ki, bu barədə o, "Handelsblatt" qəzetinə verdiyi müsahibədə danışıb.

"Ukrayna hazırda müharibə vəziyyətindədir. Müharibə vəziyyətində olan bir ölkə nə NATO-ya, nə də Avropa İttifaqına üzv ola bilər. Bu, hazırkı məqamla bağlıdır", – deyə almaniyalı siyasətçi bildirib.

O deyib ki, bu məqsədə çatmaq üçün müharibənin əvvəlcə başa çatması vacibdir.
Популярный ролик