Bu ölkədə güclü zəlzələ oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

İndoneziya sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Telexeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Qorontalo şəhərindən 155 km cənub-qərbdə, ocağı 109 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.