Tramp Suriyalı həmkarından danışdı

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriyanın keçid dövrü lideri Əhməd əş-Şaara ilə görüşü barədə açıqlama verib.

Telexeber.az xəbər verir ki, Tramp Suriya Prezidentinin gənc, cəlbedici və çox güclü keçmişə malik bir şəxs olduğunu ifadə edib. ABŞ Prezidentinin fikrincə, əş-Şaaranın vəziyyəti nəzarət altında saxlamaq üçün real şansı var.
O, regiondakı ölkələrlə münasibətlərinin İsrail üçün faydalı olduğunu vurğulayıb.
Популярный ролик