Ukrayna mövqeyini əks etdirən sənədi Rusiyaya təqdim etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Kiyev hazırlanacaq memorandumla bağlı Ukrayna tərəfinin mövqeyini əks etdirən sənədi Rusiyaya təqdim edib.
Telexeber.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rustem Umerov açıqlama verib. Açıqlamaya görə, Ukrayna tərəfi də Rusiyadan Moskvanın mövqeyini əks etdirən sənəd təqdim edilməsini tələb edib.
Umerov, Rusiyanın ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenskinin və bəzi Avropa liderlərinin sərt bəyanatlarından sonra sənəd üzərində işini başa çatdırdığını açıqladığını, lakin sənədin hələ Kiyevə təqdim edilmədiyini irəli sürüb.