Ukrayna sülh təklifinə dair sənədi Rusiyaya təqdim etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Ukrayna Rusiyaya münaqişənin həlli ilə bağlı memorandum təqdim edib.
Telexeber.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski belə açıqlama verib. Medinskiy yerli mediaya açıqlamasında sənədin ukrayna və ungilis dillərində verildiyini ifadə edib. Onun sözlərinə görə, Rusiya heyəti daha əvvəl də Ukraynadan münaqişənin sülh yolu ilə həllinə dair memorandumun bir variantını alıb.
Fərqli dildə olan sənədin onlar üçün problem olmadığını deyən Medinski, sənədin əsas məqamlarının Qərb mətbuatında dərc olunduğunu qeyd edib.