Suriyada atəşkəs əldə edildi

Suriyada təhlükəsizlik qüvvələri ilə yerli silahlı qruplar arasında şiddətli toqquşmalara səhnə olan Sueyda əyalətində atəşkəs əldə edilib.

Telexeber.az xəbər verir ki, tərəflər atəşkəs barədə razılığa gəliblər. Sueydadakı təhlükəsizlik mənbələrinin məlumatına görə, əyalətdə bütün hərbi fəaliyyətlər razılaşmaya uyğun olaraq dayandırılıb. Tərəflər, Sueyda şəhərinin mərkəzindəki druz qüvvələrinin Suriya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərəcəyi, dövlət qurumlarının isə Dəməşq hökumətinin nəzarətinə keçəcəyi barədə razılığa gəliblər.
Suriyanın SANA xəbər agentliyinə danışan Daxili İşlər Nazirliyindəki mənbə tərəflər arasındakı razılaşmanın əldə edildiyini bəyan edib.
Популярный ролик