Tokayev Türkiyəyə gedəcək
Facebook
Вконтакте
Одноклассники
Google+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyulun 29-da rəsmi səfərlə Türkiyəyə gedəcək.
Telexeber.az xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Ankarada hər iki ölkənin rezidentləri arasında danışıqlar aparılacaq.
Bundan əlavə, lidərlər Qazaxıstan-Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər.