NASA və "SpaceX" "Crew-11" uçuşunu təxirə salıb

NASA və "SpaceX" tərəfindən həyata keçirilməsi planlaşdırılan "Crew-11" kosmik uçuşu təxirə salınıb.

Telexeber.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 iyulda NASA-nın Kennedi Kosmik Mərkəzindən həyata keçirilməli olan buraxılış təhlükəsizlik standartlarının pozulması səbəbilə bir neçə dəqiqə qalmış dayandırılıb.

Yeni uçuş tarixi olaraq 1 avqust müəyyən edilib və buraxılışın canlı yayımı NASA+ platforması vasitəsilə təqdim olunacağı qeyd olunub.

Qeyd edək ki, "Crew-11" missiyası çərçivəsində ABŞ, Yaponiya və Rusiya astronavtlarının Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi planlaşdırılır.
Популярный ролик