Tramp Putinlə görüşü Ukrayna məsələsinə həsr etmək istəyir
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Alyaskada planlaşdırılan görüşü əsasən Ukraynada müharibənin sülh yolu ilə həllinə həsr olunacaq.
Telexeber.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Onun sözlərinə görə, Tramp üçün ikitərəfli münasibətlərin yaxşılaşdırılması da maraqlı mövzudur, lakin hazırda əsas prioritet Ukraynadakı müharibənin dayandırılmasıdır.