Qəzzada daha bir jurnalist həlak oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

İsrailin Qəzza zolağına hücumları nəticəsində bir fələstinli jurnalist həlak olub.
Telexeber.az xəbər verir ki, Qəzza Hökumətinin Media Ofisindən verilən açıqlamaya görə, İsrail ordusu Deyr əl-Bəlahda çadıra hücum edib. Hücum zamanı Fələstin Media Mərkəzinin əməkdaşı, jurnalist Məhəmməd əl-Daye həlak olub.
Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin hücumlarında həyatını itirən jurnalistlərin sayı 252-yə çatıb.