20 israilli girov və 100-ə yaxın fələstinli əsir azad edildi

İsrail və HƏMAS 20 israilli girovu və 100-ə yaxın fələstinli əsiri azad edib.

Telexeber.az xəbər verir ki, mübadilə HƏMAS və İsrail arasındakı əsir mübadiləsi razılaşması çərçivəsində həyata keçirilib. İsrailin daha yüzlərlə fələstinlini azad edəcəyi bildirilir. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə edilməsi ilə bağlı təklif irəli sürmüşdü. HƏMAS və İsrail arasında vasitəçilər vasitəsilə Misirdə aparılan danışıqlarda razılıq əldə edilib.
Tərəflər arasında Misirdə imzalanan razılaşma İsrail hökuməti tərəfindən qəbul ediləndən sonra qüvvəyə minib.
Популярный ролик