5 dəfə təkrarladığı sözlər ilin ən populyar ifadəsi seçildi
Facebook
Вконтакте
Одноклассники
Google+

Yaponiyada Baş nazir Takaiçi Sanaenin seçildikdən sonra qələbə nitqində təkrarladığı "İşləməyə söz verirəm" ifadəsi ilin ən populyar ifadəsi olub.
Telexeber.az xəbər verir ki, T&D Hoken Groups şirkəti ölkə miqyasında "İlin yeni və dəbli ifadələri 2025" müsabiqəsi təşkil edib. Takaiçi Sanaenin qələbə nitqində 5 dəfə təkrarladığı "İşləməyə söz verirəm" və "Qadın Baş nazir" ifadələri ilin ən populyar ifadələri seçilib. Mükafatlandırma mərasimində çıxış edən Takaiçi çox çalışmaq və ölkəyə töhfə vermək istədiyini vurğulayıb. O bildirib ki, bu ifadə ilə vətəndaşı çox çalışmağa təşviq etmək niyyətində olmayıb.
Takaiçi güclü iqtisadiyyat, təhlükəsizlik, diplomatiya və yüksək rifahı təmin etmək üçün əlindən gələni edəcəyini bildirib.