Küçə itini öldürən məmur işdən qovuldu
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyədə 15 yaşlı küçə itini döyərək öldürən şəxslə bağlı araşdırma yekunlaşıb.
Telexeber.az yerli mediaya istinadla xəbər verir ki, hadisənin Ankara bələdiyyəsinin əməkdaşlarından biri tərəfindən törədildiyi təsdiqlənib.
Araşdırma zamanı məlum olub ki, Ankara metrosunun "Demetevler" stansiyasında "Madmazel" adlı küçə itinin meyiti aşkarlanıb. Ankara Universitetinin baytarlıq fakültəsində aparılan müayinələrdən sonra köpəyin döyülərək öldürüldüyü məlum olub. Bundan sonra Ankara bələdiyyəsi hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıb. Komissiyanın rəyinə uyğun olaraq itin ölümündə suçlu bilinən bələdiyyə əməkdaşı tutuduğu vəzifədən azad edilib.
Ankara bələdiyyəsi işdən çıxarılan əməkdaşının adını açıqlamağa lüzum görməyib.