Ərinin keçəl olduğunu öyrənəndə polisə üz tutdu
Facebook
Вконтакте
Одноклассники
Google+

Hindistanda qeyri-adi sayılacaq hadisə baş verib. Lavika Gupta adlı qadın həyat yoldaşının və qohumlarının onu aldatdığını iddia edərək, şikayət ərizəsi ilə polisə müraciət edib.
Telexeber.az xəbər verir ki, iddiaçı ərizəsində həyat yoldaşı Sanyam Jaini toydan əvvəl görmədiyini yazıb. Qadının sözlərinə görə, ərinin qohumları izdivaca razı salmaq üçün onu aldadıblar: “Qohumları Jainin aylıq gəlirinin 20 min dollar olduğunu demişdilər. Toydan sonra bildim ki, onun maaşı vəd olunan məbləğdən dəfələrlə aşağıdır”.
Lavika Gupta deyib ki, həyat yoldaşı Sanyam Jainin keçəl olduğunu nikaha girəndən sonra öyrənib: “Toy günü onun başında parik olub. Amma mən buna diqqət eləməmişəm. Toydan sonra onun keçəl olduğunu öyrənəndə dəhşətə gəldim. Halbuki mənə gələcək həyat yoldaşımın gur saçlı kişi olduğu deyilmişdi”, - Lavika Gupta şiikayət ərizəsində qeyd edib.
Qadın təkcə həyat yoldaşından deyil, həm də onu ərə getməyə razı salan qohumlarından şikayətçi olduğunu gizlətməyib: “Bu adamların hamısı cəzalandırılmalıdır!”.