Heç kim bizə diktə edə bilməz - Trampa sərt sözlər
Facebook
Вконтакте
Одноклассники
Google+

Heç kim bizim nə etməli olduğumuzu diktə edə bilməz.
Telexeber.az xəbər verir ki, Kuba prezidenti Migel Diaz-Kanel belə açıqlama verib. ABŞ Prezidenti Donald Trampın çağırışına cavab verən Migel Diaz-Kanel Kubanın təcavüzkar dövlət olmadığını bildirib. Onun sözlərinə görə, Kuba ABŞ-nin təcavüzünə məruz qalıb. Diaz-Kanel, Kubanın azad, müstəqil və suveren dövlət olduğunu ifadə edib. Kuba xalqının vətənlərini müdafiə etməyə hazır olduğuna diqqət çəkən Diaz-Kanel, heç kimin ölkəni təhdid edə bilməyəcəyini bəyan edib.
Qeyd edək ki, Donald Tramp Venesuelanın artıq dünyanın ən güclü ordusuna malik olan ABŞ-nin himayəsində olduğunu ifadə edib. Tramp artıq Venesueladan Kubaya neft və ya pul getməyəcəyini və Kubanı ABŞ ilə razılaşma əldə etməyə çağırıb.