Sərhədlərin açılması yeni imkanlar yaradacaq - Gevorq Papoyan​

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyə ilə sərhədlərin açılmasının ölkə üçün mümkün uğurlarından danışıb.

Telexeber.az xəbər verir ki, o investorlar və sahibkarlarla görüşü zamanı bildirib ki, hökumət ardıcıl olaraq Türkiyə ilə sərhədlərin açılmasını irəli sürür və sərhədlərin açılması yeni iqtisadi və loqistik imkanlar yaradacaq.

O, həmçinin şirkətlərin belə proqramları həyata keçirmək və investisiya təşəbbüslərini inkişaf etdirmək üçün istifadə edə biləcəkləri dövlət dəstəyi vasitələrinə toxunub.
Популярный ролик