ABŞ təyyarələri İran sərhədində - Hücum başlayır?
Facebook
Вконтакте
Одноклассники
Google+

İran sərhədləri yaxınlığında ABŞ-nin pilotsuz kəşfiyyat təyyarələri müşahidə edilib.
Telexeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, PUA-lar İran yaxınlığında dövrə vurublar. İddialara görə, ABŞ İrana hərbi zərbələr endirmək üçün müşahidələr aparır. İddia edilir ki, ordu Prezident Donald Trampa İranda zərbə endiriləcək hərbi obyektlərin siyahısını təqdim edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aksiya iştirakçılarına güc tətbiq ediləcəyi halda İranı hərbi hücumla hədələmişdi. İran tərəfi isə aksiyalarda ölümlərə səbəb olan olayların təlim keçmiş terrorçular tərəfindən həyata keçirildiyini irəli sürüb.