İrandakı etirazlar yatırıldı
Facebook
Вконтакте
Одноклассники
Google+

İrandakı etiraz aksiyaları səngiyib.
Telexeber.az xəbər verir ki, bu barədə Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, hökumət böyük güc tətbiq edərək, etirazları yatırıb. Tehranda sakitliyin hökm sürdüyü, meydanların boş olduğu irəli sürülüb. Məlumata görə, etirazların səngiməsinə baxmayaraq, nümayişçilərin həbsi davam edir.
Qeyd edək ki, Tehranın Böyük bazarında yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən başlayan etirazlar ölkənin bir çox şəhərində müşahidə edilib. Etirazlarda minlərlə insanların öldüyü və yaralandığı barədə xəbərlər dərc edilmişdi.