25 il axtarışda olan biznesmen Fransada ələ keçdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Ruandada soyqırım törətməkdə ittiham olunan biznesmen Felisen Kabuqa 25 illik axtarışdan sonra Fransada həbs olunub.
Telexeber.az xəbər verir ki, Kabuqa 1997-ci ildə BMT-nin Ruanda üzrə Beynəlxalq Məhkəməsi tərəfindən 7 maddə üzrə cinayətdə ittiham olunub.
O, Tutsi etnik qrupuna qarşı 1994-cü il soyqırımında əsas rol oynayan şəxslərdən və dünyada ən çox axtarılan cinayətkarlardan biridir. Kabuqanın hazırda 84 yaşı var və həbsinə qədər Paris ətrafında yaşayıb.
Kabuqa 2011-ci ildə “İnterpol” tərəfindən axtarılan dünyanın ən təhlükəli 10 cinayətkarı siyahısında olub. ABŞ hakimiyyəti Kabuqanın tutulması üçün 5 milyon dollar mükafat təyin etmişdi.
Qeyd edək ki, 1994-cü ilin aprel ayından iyuladək davam edən Ruanda soyqırımı zamanı təxminən 500.000 və 1.000.000 arası insan həlak olub. Ölənlərin 70 faizi tutsilərdir. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edib.